Milli Hidrometeorologiya Xidmətinin aprelin 12-si saat 21:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi güclənib.
Xidmətdən "NewsCafe"yə verilən məlumata görə, küləyin sürəti Ağdamda arabir 38 m/s, Bərdə və Tərtərdə 36 m/s, Gəncədə 33 m/s, Naftalanda 32 m/s, Bərdə, Tovuz, Daşkəsəndə 28 m/s, Kəlvəzdə 25 m/s, Zərdab, Ağstafa, Şəmkir, Gədəbəydə 24 m/s, Balakəndə 21 m/s - dək güclənib, digər rayonlarda isə 15-20 m/s arasında gücləndiyi müşahidə edilir.
Ölkə ərazisində güclü küləkli hava şəraitinin aprelin 13-ü axşamadək davam edəcəyi gözlənilir.