"Azərenerji" rəsmisi: "Şuşa fasiləsiz elektrik enerjisi ilə təmin olunur"

Tural İbadlı Energetika 14 aprel 2022
0
"Azərenerji" rəsmisi: "Şuşa fasiləsiz elektrik enerjisi ilə təmin olunur" "Azərenerji" ASC 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdə 9 elektrik yarımstansiyası inşa edib və onları yüksək gərginlikli 110 kVt-luq elektrik verilişi xətləri ilə əlaqələndirərək dairəvi sxem yaradıb.
"NewsCafe" xəbər verir ki, bunu səhmdar cəmiyyətinə məxsus "Qarabağ Regional Elektrik Şəbəkəsi" MMC-nin direktoru Mircəlal Hüseynov deyib.
"Şuşadakı yarımstansiyaya 75 kilometr uzunluğunda ikidövrəli 110 kVt-luq elektrik xətti çəkilib və 2 ədəd 25 mVt gücündə transformator quraşdırılıb. Burada üç gərginlik sinifi var - 110, 35, 10. Hazırda şəhərin bir hissəsi yarımstansiyanın 10 kVt qapalı paylayıcı qurğusu vasitəsilə qidalanır. Şuşa şəhərindən üzü Daşaltı istiqamətində həmin ərazidə çalışan yol tikintisi ilə əlaqədar təşkilatlar isə 35 kVt gərginliklə qidalanırlar. Şuşa şəhəri fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Əgər şəhərdə elektrik enerjisi ilə bağlı əlavə güc artımı olarsa, quraşdırdığımız 2 ədəd 25 mVt-luq transformatorları bundan güclü transformatorlarla əlavə edəcəyik", - deyə o, qeyd edib.
Bundan başqa, "Azərenerji" rəsmisinin sözlərinə görə, Laçında da 110/35/10 kVt-luq elektrik yarımstansiyasının inşasına başlanılıb, eyni zamanda, Kəlbəcər yarımstansiyasından Qorçu yarımstansiyasına 42 kilometr uzunluğunda 110 kvt ikidövrəli elektrik verilişi xəttinin çəkilişinə də start verilib.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930