Milli Məclisin Şuşada keçiriləcək növbəti komitə iclasının vaxtı məlum olub

Tural İbadlı Parlament xəbərləri 14 aprel 2022
0
Milli Məclisin Şuşada keçiriləcək növbəti komitə iclasının vaxtı məlum olub Milli Məclisin Şuşada keçiriləcək növbəti birgə komitə iclasının vaxtı məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, aprelin 29-da Şuşa şəhərində parlamentin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclası baş tutacaq.
İclasda müzakirə olunacaq məsələlər isə yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, bundan əvvəl aprelin 8-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçirilib.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930