Azad olunan ərazilərdə 30 572 ədəd mina aşkarlanıb

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi 15 aprel 2022
0
Azad olunan ərazilərdə 30 572 ədəd mina aşkarlanıb Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb.
"NewsCafe"nin xəbərinə görə, İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun iclasında bildirilib ki, icra edilən humanitar minatəmizləmə fəaliyyəti (2020-ci il 10 noyabr tarixindən 2022-ci il 14 aprel tarixinədək 8 372.9 ha ərazi təmizlənib, 30 572 ədəd mina və PHS aşkar edilib.
Qeyd edilib ki, carı ilin 1-14 aprel tarixləri ərzində isə 506.4 ha ərazi təmizlənib, 595 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib) barədə məlumat təqdim olunub.
Agentliyə daxil olan müraciətlər əsasında bitmiş və hal-hazırda davam edən minatəmizləmə layihələrinə dair müzakirələr aparılıb.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930