Tural İbadlı İnfrastruktur 15 aprel 2022
0
Azərbaycan şirkəti Bosniya və Herseqovinada körpü tikir - uzunluğu 1 km, hündürlüyü 100 m olacaq Azərbaycanın “AzVirt” şirkətinin də daxil olduğu konsorsium Bosniya və Herseqovinada yeni körpünün inşasını həyata keçirir.
NewsCafe”nin məlumatına görə, “Poçitel” adlana körpü Bosniya və Herseqovina tarixinin ən böyük infrastruktur layihəsi olan "5c" dəhlizi boyunca tikilir.
“AzVirt”in mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib ki, bu körpü yerüstü süni qurğular arasında, aşırımlarının uzunluğu və dayaqlarının hündürlüyünə görə ən böyük layihədir.
“Poçitel” mühəndislik baxımından klassik körpülərdən fərqlənir, buradakı tikintidə balanslaşdırılmış konsol metodu istifadə edilməkdədir. Mürəkkəb və dəyişkən en kəsiyinə məxsus olan bu körpünü, Bosniya və Herseqovinada tikilən ən mühüm yerüstü süni qurğu adlandırmaq yerinə düşər. Körpünün dayaq təməllərinin 4-ü 25-30 metr dərinlikdə svaylar üzərində qurulub. 4 sütun tikilib, son ikisi isə hər biri Neretva çayının fərqli sahillərində ucalmaqdadır. İstənilən çətinliyə baxmayaraq proses uğurla davam etdirilir.
Körpünün ümumi uzunluğu bir kilometrə yaxındır, aşırımları isə təqribən 150 metrə çatır. Dayaqların hündürlüyü təqribən 100 metrə bərabərdir. Məsələn, ən hündürü 97, bir neçəsi 92, ən balacası isə 66 metrdir. Körpünün eni 22 metr olacaq. Aşırımların uzunluğu çox olduğundan bu layihənin tikintisində bayaq qeyd etdiyimiz balanslaşdırılmış konsol metodu ilə eninə və uzununa öngərilməli beton-demir konstruksiya üsulu istifadə olunur”.
Qeyd edək ki, Bosniya və Herseqovina Respublikasında Poçitel körpüsünün tikintisi “AzVirt” MMC-nin də iştirakı ilə konsorsium partnyorlar – Çin şirkətləri “Powerchina Roadbridge Group Co.,Ltd” və “Sinohydro Corporation Limited” ilə birlikdə həyata keçirilir. İnşaat prosesinə 2019-cu ildə başlanılıb və 2023-cü ildə başa çatdırılması nəzərdə tutulub.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930