Energetika Nazirliyində kadr dəyişiklikləri olub

Tural İbadlı Energetika 15 aprel 2022
0
Energetika Nazirliyində kadr dəyişiklikləri olub Energetika naziri Pərviz Şahbazov müşavirlərinin sayını azaldaraq 5-dən 3-ə endirib.
"Report"un əldə etdiyi məlumata görə, nazirin vəzifəsindən azad etdiyi müşavirlər Cavid Abdullayev, Vüsal Musayev və Xalidə Mənsimovadır.
Bunlardan C.Abdullayev nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru təyin olunub. İndiyə qədər bu quruma rəhbərlik edən Təbriz Əmmayev isə öz xahişi ilə direktor müavini vəzifəsinə keçirilib.
Nazirin digər keçmiş müşaviri X.Mənsimova isə nazirliyin aparat rəhbərinin müavini təyin edilib. İndiyə qədər bu vəzifəni icra edən Rövşən Kərimov isə nazirin yeni müşaviri olub.
P.Şahbazovun digər 2 müşaviri isə əvvəlki qaydada Zəminə Əliyeva və Vüsal Rəcəblidir.
Nazirlikdən məlumatları "Report"a təsdiq ediblər.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930