Tural İbadlı Məhkəmə 15 aprel 2022
0
Məhkəmə son qərarını verdi - Aslan İsmayılov Rövnəq Abdullayev və Elxan Məmmədovdan üzr istəməlidir "Apellyasiya məhkəməsinin hakimləri Anar Tanrıverdiyev, Vahid Sadıqov, İkram Şirinov bu gün qərar qəbul etdilər ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA-nın prezidenti Rövnəq Abdullayevdən, vitse-prezidenti Elxan Məmmədovdan “AFFA-da korrupsiya var” dediyimə görə üzr istəməliyəm.
"NewsCafe" xəbər verir ki, bu barədə tanınmış vəkil Aslan İsmayılov özü məlumat verib.
A.İsmayılov əlavə edib ki, üzr istəmək fikrində deyil:
"Hakimiyyətdə təmsil olunan bir qrup korrupsioner dəstə nəyin bahasına olursa olsun məni alçaltmaq və mübarizəmdən çəkindirmək istəyir. Buradan bir daha təkrar edirəm, nə qədər ki, sağam buna nail ola bilməyəcəksiniz! Oğruya oğru, cibgirə də cibgir deyəcəm!"-deyə o əlavə edib.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930