"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) 2022/2023-cü tədris ili üçün tələbə qəbulu elan edib.
"NewsCafe" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Nazirlər Kabinetinin təsdiq etdiyi qəbul planına görə, bu il ADDA-ya 200 tələbə daxil ola bilər. Tədris “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə Azərbaycan, rus və ingilis dillərində, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə Azərbaycan və ingilis, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə isə yalnız Azərbaycan dilində nəzərdə tutulub.
Ötən il Azərbaycan dilində tədris olunan ixtisaslar üzrə plan yerləri tam dolub, qəbuldan sonra formalaşan keçid balları belə olub:
Qəbulu Dövlət İmtahan Mərkəzi 1-ci qrup imtahanlarının nəticələrinə əsasən aparır. Abituriyent topladığı bala uyğun olaraq ADDA ixtisaslarını seçə bilər. Əlavə heç bir qabiliyyət imtahanı nəzərdə tutulmur.