Tural İbadlı Energetika 19 aprel 2022
0
“Azərişıq” Salyanın iki kəndinin elektrik enerjisi sistemini yenidən qurub - VİDEO "Azərişıq" ASC Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq 2022-ci ildən regionlarda başlanan yeni layihə çərçivəsində Salyanın Babacanlı qəsəbəsi və Kür Qaraqaşlı kəndinin elektrik şəbəkəsi yenidən qurulub.
"NewsCafe"nin quruma istinadən verdiyi məlumata görə, bu il ərzində ümumilikdə müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.
"Bu kəndlərdə ötən əsrin 50-60-cı illərində qurulmuş enerji təsərrüfatı artıq yararsız vəziyyətdə idi. Babacanlı qəsəbəsində ümumilikdə 10 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 13 km-dan çox 10 kV-luq, 28 km-a yaxın 0,4 kV-luq elektrik xətti yenilənib. 1 171 abonenti olan bu 2 yaşayış məntəqəsində elektrik sayğacları dəyişdirilib. Babacanlı qəsəbəsi və Kür Qaraqaşlı kəndi ilə yanaşı, Salyanın Beşdəli, Cəngən, Xocalı və Qardaşbəyli kəndləri də bu layihədə yer alıb", - məlumatda deyilir.
Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930