"Kapital Bank"ın rəhbərinə vəzifə verildi

Tural İbadlı Maliyyə-Biznes 25 aprel 2022
0
"Kapital Bank"ın rəhbərinə vəzifə verildi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilik Şurasının tərkibində dəyişiklik olub.
"NewsCafe" xəbər verir ki, indiyə qədər Şuranın üzvü olan “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımovu Bankın İdarə Heyətinin (İH) sədri Rövşən Allahverdiyev əvəz edib.
Şuranın qalan üzvləri əvvəlki qaydada Azərbaycan Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev (sədr), Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin müdiri Azad Tağızadə, İqtisadiyyat Nazirliyinin Makroiqtisadi Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri Yalçın Əzizov, Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyev və "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İH-nin sədri Abbas İbrahimovdur.
@Report
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930