Kəmaləddin Heydərovun bankının mənfəəti 2 dəfədən çox azalıb

Tural İbadlı Maliyyə-Biznes 25 aprel 2022
0
Kəmaləddin Heydərovun bankının mənfəəti 2 dəfədən çox azalıbAFB Bank” ASC 2022-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.
NewsCafe” bankın hesabatına istinadən xəbər verir ki, “AFB Bank”ın faiz gəlirləri 18,5% azalaraq 4,244 milyon manata enib, faiz xərcləri isə 34,2% artaraq 561 min manata yüksəlib. Nəticədə, bu ilin yanvar-mart aylarında bankın xalis faiz gəlirləri 23,1% azalaraq 3,682 milyon manat təşkil edib.
Hesabat dövründə, bankın qeyri-faiz gəlirləri 1,941 milyon manat, qeyri-faiz xərcləri 3,602 milyon manata bərabər olub. Bu ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 4,9% çox və 1,2% azdır.
Ümumilikdə, bankın əməliyyat gəlirləri 6,185 milyon manat, əməliyyat xərcləri isə 4,163 milyon manat təşkil edib.
Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 169 min manat ayırıb. Sonda “AFB Bank”ın xalis mənfəəti 1,853 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə azdır. Qeyd edək ki, 2021-ci ilin eyni dövründə bank 4,425 milyon manat xalis mənfəət əldə etmişdi.
İlin əvvəli ilə müqayisədə bankın aktivləri 2,9% azalaraq 264,080 milyon manata, öhdəliklərinin ümumi həcmi isə 5,2% azalaraq 180,954 milyon manata enib. Bankın cəmi kapitalı 83,126 milyon manata bərabər olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,3% çoxdur.
Əlavə edək ki, 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayan "AFB Bank", 2009-cu ildə adını dəyişib. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.
Xatırladaq ki, adıçəkilən bankı Azərbaycan Fövqəladə Hallar NAziri Kəmaləddin Heydərova məxsus olduğu deyilir.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930