“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Alı Mustafayev” maye daşıyan gəmisi əsaslı təmir olunub.
Bu barədə "NewsCafe"yə ASCO-dan məlumat verilib. Məlumata görə, təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb və gəmi istismara qaytarılıb.
Ondan neft platformalarına su daşınmasında istismar olunur. Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid yeni tip OD/QD (orta/qısa dalğalı) radiostansiya, qəza radio mayakı, qəza-xilasetmə radiostansiyaları, GPS avadanlığı, sürət ölçən qurğu quraşdırılıb. Həmçinin, gəminin Komanda Yayım Qurğusunda (KYQ) təmir işləri aparılıb.