Tural İbadlı Maraqlı 26 aprel 2022
0
Motosiklet sürücüsünü döyən şəxs danışdı - “Məni işdən çıxaracaqlar”

“Heç özüm də bilmədim ki, bu hadisə necə baş verdi. Çox əsəbi idim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş olmayaydı”.

"NewsCafe" xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında paytaxtda motosiklet sürücüsünü döyən vəzifəli şəxs - Sultan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.

O, bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir:

“Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”. Qeyd edək ki, Sultan Dadaşovun Prezident Aparatında işlədiyi deyilir.

Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930