BŞİH sabah paytaxtda təmizlik işləri görəcək . . Azərbaycanın da adının yer aldığı "Avroviziya" qalmaqalı"na aydınlıq gətirildi . Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub . Prezident dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib . . . . Nazir: “Azad olunan ərazilərdə 404 abidə və 1000-ə yaxın mədəniyyət müəsissəsi aşkarlanıb” . Tahir Gözəl: "Qarabağ"dan qazandıqları pullarla çox gözəl yer düzəldiblər" .

Dövlət Xidməti: “SOCAR Petroleum” qanunsuz fəaliyyətdən 27,4 mln manat qazanıb

Tural İbadlı Maliyyə-Biznes 12 may 2022
0
Dövlət Xidməti: “SOCAR Petroleum” qanunsuz fəaliyyətdən 27,4 mln manat qazanıb Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə neft məhsulları bazarında rəqabətin pozulması barədə müraciətlər daxil olur.
NewsCafe” xəbər verir ki, bu barədə Dövlət Xidmətinin yaydığı məlumatda qeyd edilir.
Məlumata görə, bir müddət əvvəl fərdi sahibkarlar tərəfindən "SOCAR Petroleum" QSC-dən alınan neft məhsullarının alıcının ünvanına çatdırılmaması ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciət əsasında araşdırma aparılıb. Araşdırma zamanı alıcılara qarşı əlverişsiz müqavilə şərtlərinin tətbiq edildiyi müəyyən olunub və antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə QSC-yə qarşı iş qaldırılıb.
İşə baxılıb və müqavilə şərtlərinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması barədə QSC-yə icrası məcburi göstəriş verilib.
Bununla yanaşı, Dövlət Xidməti "SOCAR Petroleum" QSC-nin "Tənzimlənən qiymətlər haqqında" və "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olmayan fəaliyyəti nəticəsində əldə etdiyi 27 412 962 manat gəlirin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edib. Neft məhsulları bazarında bu cür halların aşkar ediləcəyi təqdirdə qanunamüvafiq ən sərt tədbirlər görüləcək.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ədalətli rəqabət mühitinin qorunması, antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsi istiqamətində tədbirləri davam etdirir.
Oxşar xəbərlər
Təqvim
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031