BŞİH sabah paytaxtda təmizlik işləri görəcək . . Azərbaycanın da adının yer aldığı "Avroviziya" qalmaqalı"na aydınlıq gətirildi . Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub . Prezident dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib . . . . Nazir: “Azad olunan ərazilərdə 404 abidə və 1000-ə yaxın mədəniyyət müəsissəsi aşkarlanıb” . Tahir Gözəl: "Qarabağ"dan qazandıqları pullarla çox gözəl yer düzəldiblər" .

Meksika səfiri Neftçalaya səfər edib

Tural İbadlı Daxili xəbərlər 19 may 2022
0
Meksika səfiri Neftçalaya səfər edib Neftçala Rayon İcra Hakimiyyətin başçısı Mirhəsən Seyidov Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə görüşüb.
Rayon İcra Hakimiyyətinin başısı Azərbaycanın Meksika ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini və bu münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib. Azərbaycan-Meksika arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı ölkələrimiz arasında tərəfdaşlığın inkişaf perspektivlərini, Neftçala rayonun iqtisadi və sənaye cəhətdən perspektivli rayon olmasını Meksika səfirinin diqqətinə çatdırıb. Görüşün sonunda Meksikalı səfirə Neftçala rayonu adından xatirə hədiyyəsi təqdim olunub.
Neftçala rayonunda bir sıra sənaye obyektlərinə və mədəniyyət ocaqlarına baş çəkən səfir Xıllı Nərəbalıqartırma Zavoduna, Azerbaijan Fish Farma baş çəkərək digər sahələrdə əməkdaşlığın vacibliyi vurğulanıb.
Camal İsmayılov adına Neftçala Rayon Uşaq İncəsənət Məktəbində şagirdlərin ifasında maraqlı konsert proqramı izlənilib.
Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini Neftçala rayonuna səfərindən məmnunluğunu bildirib, Azərbaycan- Meksika arasında bundan sonrada ikitərəfli sıx əlaqələrin qurulmasını aid fikirlərini səsləndirib. Meksikalı səfir Neftçala rayonuna səfərini başa çatdırıb.
Oxşar xəbərlər
Təqvim
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031