600-dən yüksək bal toplayan 7 abituriyent AzMİU-nu seçib . . . Yandex Azərbaycanda smart dinamiklərin satışını elan edir . Rasim Məmmədov: "Əvəz Zeynallı məni dəfələrlə hədələyərək şantaj edib" . Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın iddialarını təkzib etdi . . AZAL-a yeni mətbuat katibi təyin olunub . . Baş Prokurorluq: "Əvəz Zeynallı Rasim Məmmədovun yaxınlarından 20 min manat alıb" .

Tural İbadlı Maraqlı 02 avqust 2022
0
“Mənim üçün İmam Hüseyn atamdan, anamdan, nəslimdən artıqdır” - Ağamirzə

“Dədə-babadan görmüşük ki, Məhərrəmlik gələndə iki ay insanlar yas saxlayıb. İndi də bunu davam etdirməlidirlər”.

"NewsCafe" xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məhərrəm ayı haqda danışarkən deyib.O bildirib ki, bu iki ayda şadlıq məclisləri keçirənlərə pis baxmır, amma məsləhət də görmür:“Məhərrəm ayında Bakı kəndlərinin camaatı demək olar ki, şənlik keçirmir. Qonaq qismində harasa gedib Allah buyurduğundan söhbətləşmək olar. Məni bir-iki yerə dəvət ediblər, amma getməmişəm. Dədə-babadan görmüşük ki, bu iki ayda insanlar yas saxlayıb. İndi də bunu davam etdirməlidirlər. Onlar gərək əza saxlayıb namaz qılsınlar. Məni Məhərrəm ayında şadlıqlara dəvət edən şəxslərə qarşı münasibətim dəyişməyib. Arada da heç bir inciklik olmayıb. Məni toy-büsat məsclislərinə dəvət edəndə də imkan qədər bu ayda belə şeylərin olmamalı olduğunu diqqətə çatdırmışam. İnsanlar müxtəlifdir. Hər bir şəxsin öz fikri var. Bu ayda şənlik məclisləri keçirənlərə pis baxmır, amma məsələhət də görmürəm. Çünki peyğəmbərimizin nəvəsinin şəhid olduğu aydır. Bundan başqa da, mən eşitdiyimə görə, hətta imamız şəhid olmamışdan əvvəl də Məhərrəm ayında şənlik etməyiblər. Mən məsləhət görərdim ki, bu iki ayda insanlar səbr eləsinlər. Doğmamız öləndə necə pis oluruqsa, bu ayda da elə olmalıyıq. Mənim üçün İmam Hüseyn atamdan, anamdan, nəslimdən də artıqdır. Özümdən isə milyard dəfə öndədir. Kim bu ayda əza saxlasa, imam Hüseyn borclu qalmaz, Allah əvəzini verər”.

@Yenisabah.az

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031