600-dən yüksək bal toplayan 7 abituriyent AzMİU-nu seçib . . . Yandex Azərbaycanda smart dinamiklərin satışını elan edir . Rasim Məmmədov: "Əvəz Zeynallı məni dəfələrlə hədələyərək şantaj edib" . Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın iddialarını təkzib etdi . . AZAL-a yeni mətbuat katibi təyin olunub . . Baş Prokurorluq: "Əvəz Zeynallı Rasim Məmmədovun yaxınlarından 20 min manat alıb" .

Tural İbadlı Maraqlı 03 avqust 2022
0
“Yezidə lənət oxumaq olmaz” - Hacı Qamət

“Yezidə, Müaviyəyə lənət oxumaq olmaz. Hansısa müsəlmana lənət oxumaq düzgün deyil. Çünki Yezidin, Müaviyənin qoşunundakı əsgərlər kafir yox, müsəlmanlar idi. Bəli, zülm olub. Biz bunu danmırıq. Zülm edən Qiyamət günü Allaha cavab verəcək”.

"NewsCafe" xəbər verir ki, bu sözləri “Yeni Sabah”a "Əbu Bəkr" məscidinin imamı Hacı Qamət Süleymanov deyib.

O bildirib ki, Müaviyə səhabə idi. Səhabəyə isə lənət oxumaq, dil uzatmaq olmaz: "Hətta Əli radiyallahu anhuyla arasında Siffeyn döyüşü sülhlə nəticələndi. Əli İbn Əbu Talib (r.a) Müaviyə və qoşunu barədə qardaşlarımız olduğunu dedi. Ümumiyyətlə, səhabələr arasında nə olubsa, onu belə şişirtmək, danışmaq, xüsusilə də, eyiblərini üzə çıxartmaq düzgün deyil.

Peyğəmbər (s.ə.v) fərdə yox, ümumi lənət edib. Məsələn, içki içməyə görə 10 nəfəri - onu içəni də, daşıyanı da, onu satanı da, bu işdə hər hansı bir köməiyi dəyən şəxsləri də lənətləyib. Lakin o vaxt səhabələrdən biri içmişdi. Yanındakı səhabələrdən biri onu lənətləmək istəyəndə peyğəmbər (s.ə.v) “Onu lənətləməyin. O, Allah və Rəsulunu sevir” demişdi. Buradan belə nəticəyə gəlmək olar ki, fərd, toplum ayrı anlayışlardır. Ona görə ayrıca müsəlmanı lənətləmək dində yoxdur. Şeytanı belə, həmişə xüsusən də, günah edəndə lənətləmək düzgün deyil. Çünki şeytan səni aldatdığına sevinir. İşini, gücünü tərk edib. Yezidin zülmü olsa da, Allahı zikr etməyi kənarı qoyub bütün ömrünü Yezidi lənətləməklə keçirmək faydasız və İslamda olmayan bir şeydir. Əli ibn Əbu Taliblə aralarında döyüş olub. Amma onu lənətləmədi, əksinə, onlar barədə “qardaşlarımızdır” dedi. Müaviyə və qoşunları müsəlman sayılır, kafir olsaydı, Əli radiyallahu anhu Siffeyn döyüşündə Müaviyə qoşunlarından ölən müsəlmanların malını qənimət götürərdi. Götürməyibsə, deməli, Müaviyə və Yezidə onların qoşunları haqqında kafir olmalarını demək düzgün deyil. Çünki müsəlman sayılırdı. İslam dinində döyüş olanda yalnız kafirlərdən qənimət götürülür.  

Hucurat surəsi 9, 10-cu ayələri də bu döyüşlərə aiddir. Allah hər iki tayfanın dalaşmasına baxmayaraq, mömin adlandırdı. 

Əgər, Müaviyə, Yezid kafir idisə, Həsən (r.a)  xilafəti kafirə niyə verib? Hətta, Yezid barədə səhabələr kafir deməyib. Əksinə, səhabələrin çoxu ona beyət eləmişdi”.

Qamət Süleymanov lənəti kimlərə oxunmalı olduğuna belə izah verib:

Lənəti yalnız kafirlərə və ümumi olaraq oxumaq olar. Amma daim oxumaq düzgün deyil. Ehtiyac olanda lənətləyirsən. Ümumi “Allah zalımlara lənət eləsin” demək olar. Amma müəyyən şəxsi seçib daima lənət oxumaq, xüsusən də müsəlman olan şəxsə  nə etməyindən asılı olmayaraq lənət oxumaq, İslam dinində yoxdur”.

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031