600-dən yüksək bal toplayan 7 abituriyent AzMİU-nu seçib . . . Yandex Azərbaycanda smart dinamiklərin satışını elan edir . Rasim Məmmədov: "Əvəz Zeynallı məni dəfələrlə hədələyərək şantaj edib" . Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın iddialarını təkzib etdi . . AZAL-a yeni mətbuat katibi təyin olunub . . Baş Prokurorluq: "Əvəz Zeynallı Rasim Məmmədovun yaxınlarından 20 min manat alıb" .

Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib

Tural İbadlı Səhiyyə 08 sentyabr 2022
0
Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib

Sentyabrın 8-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının iclası keçirilib.

TƏBİB-dən "NewsCafe"yə bildirilib ki, iclasda “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in icraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə 2021-ci ilin 13 sentyabr tarixindən etibarən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib.

Qeyd edək ki, Vüqar Qurbanov Azərbaycan Tibb Universitetinin məzunudur. O, uzun illər həkim-nevropatoloq kimi fəaliyyət göstərib, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi İddialar Departamentinin rəhbəri vəzifəsində çalışıb.

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930