600-dən yüksək bal toplayan 7 abituriyent AzMİU-nu seçib . . . Yandex Azərbaycanda smart dinamiklərin satışını elan edir . Rasim Məmmədov: "Əvəz Zeynallı məni dəfələrlə hədələyərək şantaj edib" . Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın iddialarını təkzib etdi . . AZAL-a yeni mətbuat katibi təyin olunub . . Baş Prokurorluq: "Əvəz Zeynallı Rasim Məmmədovun yaxınlarından 20 min manat alıb" .

Tural İbadlı Səhiyyə 10 sentyabr 2022
0
Bu konfrans yerli mütəxəssislər üçün böyük fürsət oldu - Cavid Paşayev

“Türkiyə-Azərbaycan anesteziologiya və reanimasiya, ağrı workshop günləri” adlı konfrans bu gün başa çatıb.
Konfransın əhəmiyyəti ilə bağlı "NewsCafe"yə açıqlama verən tanınmış anestezioloq, “Yeni klinika” tibb müəssisəsinin baş həkimi Cavid Paşayev bildirib ki, Azərbaycanda ilk dəfə olaraq keçirilən bu tədbir elmi və praktiki hissələrdən ibarət olub. Konfransda yerli mütəxəssislərlə yanaşı Türkiyədən bu sahədə tanınmış mütəxəssislər o cümlədən Türkiyə Anestezioloji və Reanimasyon Dərnəyindən nümayəndə heyəti də iştirak edib. 
Tədbirdə 10 stansiyadan ibarət qruplar şəkilində praktiki işlər aparılıb. Burada tibbin ən son yenilikləri baradə məlumatlar verilib. Protokolların işlənilməsi ilə bağlı müzakirələr aparılıb. İki gün keçirilən tədbirə maraq çox böyük olub. Düşünürəm ki, bu konfrans yerli mütəxəssislər üçün böyük fürsət oldu. Gələcək illərdə bu kimi konfrnasların əhatəsinin genişləndirilməsi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti, Türkiyə Anestezioloji və Reanimasyon Dərnəyinin birgə təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə “Türkiyə-Azərbaycan anesteziologiya və reanimasiya, ağrı workshop günləri” adlı Bakıda iki günlük konfrans keçirilib.

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930