Erkin Qədirli: “Milli Məclisdə yerimin hazır olduğunu iddia edənləri tələsməməyə çağırıram”

Tural İbadlı Daxili xəbərlər | Sosial 10 dekabr 2019
0
Erkin Qədirli: “Milli Məclisdə yerimin hazır olduğunu iddia edənləri tələsməməyə çağırıram”
“Qarşıdan gələn parlament seçkilərinə qatılmalı olacağam. Bundan öncəki imtinama görə ReAl-da çox tənqid olundum. Burasını uzatmayım, qərarımı dəyişdirməyimin qıraqdan çox pis göründüyünü anlayıram. Bununla belə, Milli Məclisdə yerimin hazır olduğunu iddia edənləri tələsməməyə çağırıram”. “NewsCafe” xəbər verir, bunu ReAl Partiyasının rəhbərliyində təmsil olunan hüquqşünas Erkin Qədirli bildirib.
E. Qədirlinin sözlərinə görə, iki aydan sonra hər şey aydın olacaq:
“Dedi-qodulara deyil, ölçüləbilən nəsnələrə birlikdə baxarıq. İndidən bildirirəm ki, deputat seçilməyim aşağıdakı hallardan birinin baş verməsi fonunda elan olunarsa, deputatlığımdan imtina edəcəyəm:
1) ATƏT-in mənfi rəyi;
2) dairəmdə karusel və/və ya bülletendoldurma;
3) dairəmdə yerləşən iki hərbi hissədə olan (seçki dislokasiyaları dəyişdirilməsə) şəxsi heyətinin səslərinin mənim xeyrimə yazılması;
4) protokollardakı nəticələrin mənim xeyrimə saxtalaşdırılması.
Doğrusu, 2-ci, 3-cü və ya 4-cü bəndlərdə yazılanların baş verəcəyini gözləmirəm. Mənim xeyrimə səsvermənin nəticələrini saxtalaşdırmaq faydasız, hətta mənasız bir iş olardı. Bununla belə, parlamentdə yerimin hazır olduğunu iddia edənlər, güman ki, bu cür halları nəzərdə tuturlar (bəzilərinin belə işlərdə təcrübələri də var).
1-ci bənddəki hal daha ciddidir. ATƏT-in dəyərləndirmə, ardınca da müşahidə missiyaları gələndə, onlarla bununla bağlı ayrıca danışasıyam”.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031