Xəzər TV”nin aparıcısı AFFA-ya: “Mətbuatı it yerinə qoymaq başqa necə olur ki?”

Tural İbadlı Futbol | Sosial 13 dekabr 2019
0
Xəzər TV”nin aparıcısı AFFA-ya: “Mətbuatı it yerinə qoymaq başqa necə olur ki?”
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin iclasından əvvəl televiziya operatorlarına çəkiliş aparmaq üçün 1 dəqiqə vaxt verib.
NewsCafe” xəbər verir ki, “Xəzər TV”nin idman proqramının aparıcısı Sənan Abdullayev bununla bağlı sosial şəbəkədə paylaşım edib və bu hadisəyə etirazını bildirib.
“AFFA-nın İcraiyyə Komitəsinin iclasından əvvəl televiziyalara kadr çəkmək üçün əvvəl 40 saniyə vaxt verilib. Sonra operatorlar xahiş edib ki, heç olmasa 1 dəqiqə yarım eləyin. Qayıdıblar ki, dəqiqə yarım çoxdur. 1 dəqiqə vaxtınız var. Yəni 60 saniyə. Bu sahədən anlayışı olanlar yaxşı bilir ki, kameranı məkana uyğunlaşdırmaq (balans) elə minimum 20-30 saniyə vaxt aparır. Mətbuatı it yerinə qoymaq başqa necə olur ki? Başa düşdük ki, suallara cavab verə bilməyəcəksiz deyə brifinqi və mətbuat konfransını ləğv elədiniz. Operatorlar sizdən nəsə soruşası deyildi axı. Heç olmasa xalqı 5 dəqiqəlik də olsa, o gül camalınızdan uzaq tutmayın” – deyə S.Abdullayev qeyd edib.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031