“ISR DTS Azerbaijan” Çinin “COSCO Shipping Lines” şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyi hüququnu alıb

Tural İbadlı İnfrastruktur | Sosial 18 dekabr 2019
0
“ISR DTS Azerbaijan” Çinin “COSCO Shipping Lines” şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyi hüququnu alıb
Dünyanın ən böyük konteyner loqistika şirkəti olan Çinin “COSCO Shipping Lines” şirkəti artıq Azərbaycanda da fəaliyyət göstərəcək.
NewsCafe” xəbər verir ki, adıçəkilən şirkətin Azərbaycandakı nümayəndəsi hüququ “ISR DTS Azerbaijan” şirkətinə verilib.
Məlumata görə, bu gün bu məqsədlə imzalanma mərasimi keçirilib və “COSCO Shipping Lines” fəaliyyəti ilə bağlı məlumatlandırma sessiyası olub.
“ISR Holding”in layihə meneceri Cavid Axundov açıqlamasında imzalanan yeni anlaşmanın Azərbaycanın nəqliyyat hub-ına çevrilməsinə dəstək verəcəyini qeyd edib:
“Biz uzunmüddətli danışıqlardan sonra loqistika sahəsində dünyanın ən iri şirkətlərindən biri olan “COSCO Shipping Lines” rəsmi agentliyi statusunu əldə edə bildik. Bu işin faydalarından biri odur ki, cənab prezidentin qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, Azərbaycanın daşınma və loqistika sahəsində hub və ya mərkəzə çevrilməsi strategiyasında mühüm rol oynayacaq. Bundan əlavə bu şirkətin yaradılması ilə “ISR Holding”in loqistika sahəsində imkanları daha da artacaq və biz təkcə öz şirkətlərimiz üçün deyil, Azərbaycanda olan digər müştərilər üçün daşınmalar həyata keçirə biləcəyik.
Burada əsasən dəniz və okean konteyner daşınmalarından söhbət gedir. Amma bundan başqa “door to door” (qapıdan qapıya) deyilən bütün servislər həyata keçiriləcək”-deyə C.Axundov əlavə edib.
Holdinq rəsmisi əlavə edib ki, yeni şirkət vasitəsi ilə yüklər əsasən iki yolla daşına bilər:
“İstiqamətlərdən biri dəniz vasitəsi ilə “Poti” limanına çatdırılma və oradan da Gürcüstan ərazisindən keçməklə Bakı istiqamətində daşınma olacaq.Daha mühüm olan ikinci istiqamət “bir yol, bir kəmər” təşəbbüslərini özündə əks etdirir. Çindən olan malların Qazaxıstan vasitəsi ilə Aktau – Bakı bərəsi ilə Bakıya gətirilməsi, yaxud Azərbaycandan tranzitlə keçməsidir. Yəni Çindən Avropaya, Avropadan da Çinə daşınan yüklər Azərbaycandan keçəcək. Bir sözlə loqistika sahəsində ölkəmizin rolu daha da artacaq”.
“ISR Holding”in vitse-prezidenti Rauf Xəlilov isə bildiirb ki, bu gün dövlətin apardığı iqtisadi islahatlar imkan verir ki, belə böyük layihələr Azərbaycana cəlb edilsin.Ölkəyə cəlb edilən hər bir önəmli iqtisadi layihə dövlətimizin uğurudur.








Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031