Azərbaycanın keçmiş Daxili İşlər naziri 4 dəfə əməliyyat olundu - FOTO

Tural İbadlı Sosial 21 dekabr 2019
0
Azərbaycanın keçmiş Daxili İşlər naziri 4 dəfə əməliyyat olundu - FOTO
“Xeyli vaxtdır ki, İsgəndər bəyin səhhətindəki ağır problemlər sarıdan uzunmüddətli müalicəsinin təqibi ilə məşğulam. İsgəndər bəy əvvəlcə Bakıda müayinə olundu, xəstəliklərinin çoxluğu və sonrakı uzunmüddətli və mürəkkəb reabilitasiya zərurətini nəzərə alaraq Türkiyə Cümhuriyyətinə getməsi qərara alındı”.
NewsCafe” xəbər verir ki, İsgəndər Həmidovun səhhəti ilə bağlı bu məlumatı onun həkimi Adil Qeybulla yayıb.
A.Qeybullanın sözlərinə görə, Türkiyədə İ.Həmidova mərhələli şəkildə əməliyyatlar keçirilməsi məsləhət görülüb:
“İlk öncə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində hərtərəfli müayinə olundu və diaqnoz qoyuldu: Ürəyin xroniki işemik xəstəliyi. Gərginlik stenokardiyası. Xroniki pielonefrit. Böyrəklərin solitar sistləri. Yoğun bağırsağın polipi. Prostat vəzin xoş xassəli adenoması.
Mərhələli əməliyyatlar məsləhət görüldü. Müalicə xərcləri xeyli baha olduğundan İsgəndər bəy Bursa şəhərinə gedəsi oldu. Bursada mərhələ ilə Ürəyin açıq coranar bypass əməliyyatı, prostat TUR adenomektomiya əməliyyatı, böyrəklərin endoskopik kistektomiya əməliyyatı və yoğun bağırsağın rezeksiyası-anastomoz qoyulması kimi yaşı və səhhəti üçün ciddi olan əməliyyatlar keçirəsi oldu. Qeyd etməyi zəruri hesab edirəm: həmin söz-söhbətlər yayılanda o Bursa şəhərində reanimasiyada müalicə alırdı, mən onun yanında olan qaynı Kamran ilə əlaqə saxlayırdım. Nəhayət, əməliyyatlardan sonra xeyli müddət reanimasiyada qalası oldu və bu günlərdə vətənə qayıtdı. Hal-hazırda City hospitalda müalicə alır. İsgəndər bəyin ağrı-acılarına rəğmən ruhən güclü imici çoxlarını yanıldır, əsassız söhbətlər yayılır. Məlumat yayarkən onun səhhətinin xeyli problemli olduğunu nəzərə almağınızı xahiş edirəm. Aşağıdakı şəkillərin nümayişi həkim etikasına zidd olsa da, söylədiklərimin təsdiqi kimi onları Sizə təqdim etməyi məqsədəuyğun sayıram”.
Xatırladaq ki, İ.Həmidov 1992-1993-cü illərdə Azərbaycanın Daxili İşlər naziri olub.


Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031