Suraxanı icra başçısının xanım müavini özünə ikimərtəbəli bina tikdirir - FOTO

Tural İbadlı Maraqlı | Sosial 22 dekabr 2019
0
Suraxanı icra başçısının xanım müavini özünə ikimərtəbəli bina tikdirir - FOTO
“Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Həsənova Afət Əbil qızı rayonun Hövsan qəsəbəsində, E.Qasımov küçəsi 18 ünvanındakı binanın yanında özünə ikimərtəbəli kommersiya binası tikdirir”.
"NewsCafe" xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
C.Həsənlinin sözlərinə görə, A.Həsənova keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızıdır:
“Ümumi sahəsi 194,33 kvadrat metr olan obyektin tikintisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən bu ilin avqustunda icazə verilib.
Afət Həsənova 2015-ci ildə Quba rayonundan deputatlığa namizədliyini irəli sürüb, qarşıdakı parlament seçkilərində növbəti dəfə bəxtini sınamağa hazırlaşır.
Afət Həsənova sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızıdır”.

Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031