![Mikayıl Cabbarov jurnalistə: “... mən söz verə bilmərəm”](http://newscafe.az/uploads/posts/1579198005_1543317500_mikayil-cabbarov-vergiler-naziri.jpg)
“NewsCafe” xəbər verir ki, mətbuat konfransında jurnalistlərdən biri nazirdən xahiş edib ki, bu tipli mətbuat konfransları hər rüb təşkil olunsun və media nümayəndələri də öz suallarına birbaşa cavab ala bilsin.
Jurnalistin bu təklifinə cavabında nazir belə görüşlər ilk dəfə təşkil edilmədiyini xatırladıb:
“Hər rüb mən söz verə bilmərəm. Amma, biz ilk dəfə deyil ki, bu formatda görüşürük. Belə tədbirlərdə hər zaman rəhbər işçilərimiz iştirak edir. Biz bu praktikanı davam etdirməkdə niyyətliyik. Dövlət başçısının da bizim qarşımızda qoyduğu əsas vəzifələrdən biri ictimaiyətə açıqlıq, ictimai nəzarətdir. Ona görə, bu praktika davam edəcəkdir”-deyə M.Cabbarov əlavə edib.