Siyasi şərhçi: “Rusiyada erkən parlament və prezident seçkilərinin keçiriləcəyi də istisna deyil”

Tural İbadlı Xarici xəbərlər | Sosial 16 yanvar 2020
0
Siyasi şərhçi: “Rusiyada erkən parlament və prezident seçkilərinin keçiriləcəyi də istisna deyil”
“Putin Baş Nazir vəzifəsinə Federal Vergi Xidmətinin sədri Mixail Mişustinin namizədliyini irəli sürdü. Bu, bir az gözlənilməz gediş oldu, çünki hökumət başçısı vəzifəsi üçün daha güclü və nüfuzlu şəxslərin (Kudrin, Seçin, Oreşkin, Nabiullina, Siluanov və s.) adları hallanırdı.
“NewsCafe” xəbər verir ki, bu barədə tanınmış siyasi şərhçi Şahin Cəfərli yazıb.
Ş.Cəfərli hesab edir ki, V.Putin aşağı profilli fiqura və siyasi deyil, texniki xarakterli təyinata üstünlük verib:
“Rusiyanın yaxın keçmişində buna bənzər Baş Nazir təyinatları olub: Mixail Fradkov və Viktor Zubkov kimi. Medvedevin istefası və TŞ katibinin müavini təyin ediləcəyi barədə Putinin açıqlaması da gözlənilməz oldu. TŞ strukturunda belə bir vəzifə yoxdur, onu yaratmaq lazım gələcək. Medvedevin istefası (yaxud buna vadar edilməsi) bir tərəfdən onun prezidentlik şansını azaldan hadisə olsa da, güc strukturlarının fəaliyyətini əlaqələndirəcək vəzifəli şəxs qismində saxlanılması onun tam kənara atılmadığını göstərir.
Belə görünür ki, Putin prezident postunda öz varisini ya hələ müəyyənləşdirməyib, ya da bu kadr yerdəyişmələri ilə elə situasiya yaratmağa çalışır ki, növbəti prezidentin (bəlkə baş nazirin də) kim olacağını hazırkı mərhələdə heç kəs bilməsin. Çünki bu halda içəridəki rəqib qruplaşmalar həmin şəxs əleyhinə kampaniyaya başlaya və onu "vura" bilər, hakimiyyətdaxili güc savaşının nəzarətdən çıxması təhlükəsi yaranar. Seçkiyə qədər bütün iddiaçıların özünü şanslı saydığı bir rəqabət ortamını idarə etmək və bu rəqabətin fövqündə dayanmaq Putin üçün daha rahatdır. Baş Nazir postuna yuxarıda adlarını çəkdiyim iddialı şəxslərdən biri təyin edilsəydi, növbəti prezidentin də məhz o olacağı yönündə rəy formalaşardı.
Rusiyada erkən parlament və prezident seçkilərinin keçiriləcəyi də istisna deyil”-deyə politoloq əlavə edib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031