Hacı Salayev namizədliyini geri götürdü: “Deputat olduğuma peşman oldum”

Tural İbadlı Parlament xəbərləri | Sosial 23 yanvar 2020
0
Hacı Salayev namizədliyini geri götürdü: “Deputat olduğuma peşman oldum”
44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd Hacı Salayev namizədliyini geri götürüb.
"NewsCafe" xəbər verir ki, Hacı Salayev açıqlamasında xəbəri təsdiqləyib.
Namizədliyini geri götürmüş Hacı Salayev bəzi məqamlara aydınlıq gətirib:
“Namizədliyimi geri götürməyimdə heç bir ciddi səbəb yoxdur. İki dəfə deputat olmuşam, bəsdir. Haqqımda o qədər nahaqdan yazdınız ki, deputat olduğuma peşman oldum. Haqqımda son yazılanlara baxdım və qərar verdim ki, deputat olmayım. İstəmirəm ailəmin, uşaqlarımın ünvanına nahaq yazılar yazılsın. Ona görə geri çəkildim ki, məni yaddan çıxartsınlar”.
Hacı Salayev son olaraq xahişini də dilə gətirib:
“Haqqımda nahaq yazan jurnalistlərdə bir xahişim var. Həmin yazıları pozsunlar”.
Qeyd edək ki, Hacı Salayev dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, heç bir partiyanın üzvü deyil.
@Modern.Az
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031