“Nağdsız Azərbaycan” layihəsi çərçivəsində tələbələrə xüsusi bank kartı paylanılıb

Maliyyə-Biznes 21 fevral 2020
0
“Nağdsız Azərbaycan” layihəsi çərçivəsində tələbələrə xüsusi bank kartı paylanılıb
Bu gün “Mastercard”la birgə həyata keçirilən “Nağdsız Azərbaycan” layihəsi çərçivəsində Bakı Mühəndislik Universitetinin tələbələrinə xüsusi bank kartı paylanılıb.

“Newscafe” xəbər verir ki, mərasim Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Alim Quliyevin iştirakı ilə baş tutub.

O bildirib ki, gənclər bu kartlara sahib olmaqla nağdsız ödəniş vərdişlərinə yiyələnəcəklər.

“Nağdsız ödənişlərin artması Azərbaycan iqtisadiyyatı üçün çox mühümdür. Çünki bu ödənişlərdə 10% artım “kölgə iqtisadiyyatı”nda 5% azalma deməkdir. Bu gün artıq 18 minə yaxın tələbə xüsusi bank kartı ilə təmin olunub. Növbəti mərhələdə bu rəqəm 23 minə çatdırılacaq. Bu kartlardan ictimai nəqliyyatda, iaşə obyektlərində və digər sahələrdə geniş istifadə üçün şərait yaradılacaq”, - AMB rəsmisi qeyd edib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829