Çində koronavirusdan ölənlərin sayı 2,7 mini keçib

Səhiyyə | Sosial 27 fevral 2020
0


 

Çində koronavirus qurbanlarının sayı artıb.

 

Bu barədə "NewsCafe” RİA "Novosti"yə istinadən xəbər verir.

Bildirilir ki, ölkədə koronavirusdan ölənlərin sayı 2 744 nəfərə çatıb. Virusa yoluxmuş 32,4 min nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Məlumata görə, ölkənin 31 əyalətində ümumilikdə virusa 78 497 yoluxma halı qeydə alınıb. Bir gündə Xubey əyalətində virusa 409 yeni yoluxma qeydə alınıb, 26 nəfər virusun qurbanı olub.

Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829