Bu gün Konstitusiya Məhkəməsi növbədənkənar seçkilərlə bağlı yekun qərar verəcək

Daxili xəbərlər | Sosial 05 mart 2020
0

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclası keçiriləcək.

“NewsCafe” xəbər verir ki, iclasda Konstitusiyanın 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılacaq.

Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edəcək.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 26-da Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031