Milli Məclisin Sədri, sədrin I müavini, sədr müavinləri, o cümlədən, parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin ediləcək.
"NewsCafe" “Report”a istinadən xidməti avtomobillə təmin olunacaq deputatların siyahısını təqdim edir.
1. Milli Məclisin Sədri - Sahibə Qafarova;
2. Milli Məclis sədrinin I müavini – Əli Hüseynli;
3. Milli Məclis sədrinin müavini – Fəzail İbrahimli;
4. Milli Məclis sədrinin müavini - Аdil Əliyev;
5. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri – Ziyаfət Əsgərov;
6. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri - Musa Quliyev;
7. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri - Tahir Rzayev;
8. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri - Zahid Oruc;
9. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri - Sadiq Qurbanov;
10. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri – Tahir Mirkişili;
11. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri - Səməd Seyidov;
12. Milli Məclisin Elm və təhsil komitəsinin sədri - Bəxtiyar Əliyev;
13. Milli Məclisin Regional məsələlər komitəsinin sədri - Siyavuş Novruzov;
14. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri - Hicran Hüseynovа;
15. Milli Məclisin Mədəniyyət komitəsinin sədri - Qənirə Pаşayeva;
16. Milli Məclisin Səhiyyə komitəsinin sədri - Əhliman Əmiraslanov.
Milli Məclisin 15 komitəsindən 3-nün sədrinə isə komitə sədri kimi xidməti avtomobil verilməyəcək. Buna səbəb onların parlamentdə daha yüksək vəzifə sahibi kimi avtomobillə təmin olunmasıdır.
Bundan əlavə, bəzi deputatların xidməti avtomobillərinin dəyişdiriləcəyi gözlənilir.