Azərbaycanda 822 nəfər koronavirusa yoluxub

Səhiyyə | Sosial 08 aprel 2020
0

Azərbaycanda bu günə qədər koronavirus infeksiyasına yoluxanların sayı açıqlanıb.

Bu barədə "NewsCafe"yə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, koronavirus infeksiyasına yoluxan daha 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu günədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib.

Hazırda 750 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930