BOS-un direktoru: "Bakı AVRO-2020-dən imtina etməyəcək"

Tural İbadlı Futbol 11 aprel 2020
0
Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev koronavirus pandemiyasına görə AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərin sayının azaldılacağı ilə bağlı iddialara münasibət bildirib.
"NewsCafe" xəbər verir ki, C.Qarayev "Report"a açıqlamasında deyib ki, hazırda planda Bakının namizədliyinin geri götürülmə məsələsi yoxdur. 
"Əslində bu məsələ AFFA rəhbərliyi ilə detallı müzakirə olunmayıb. Çünki planda hər hansı dəyişiklik yoxdur. UEFA ilə müntəzəm əlaqədəyik. Onlarda da bu yöndə söhbətimiz olmayıb. Bakı şəhəri AVRO-2020-dən imtina etməyəcək", - o vurğulayıb.
BOS-un direktoru 12 şəhərdən bəzilərinin oyunları keçirməkdən imtina etmək istədiyinə dair xəbərlərə isə belə münasibət bildirib: "Burada söhbətin hansı şəhərlərdən getdiyindən ətraflı məlumatım yoxdur. Bu, sadəcə danışıqdır. Konkret qərar hələ verilməyib".
Qeyd edək ki, Avropa çempionatında A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Digər qarşılaşmalar Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) şəhərlərində olmalıdır.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930