Naxçıvanda koronavirusa yoluxanların sayı 71-ə çatıb

Daxili xəbərlər | Sosial 13 aprel 2020
0

“Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 1 915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir".

"NewsCafe" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb: "Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat etmişdir. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”.

Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930