Vüqar Səfərli ilə bağlı araşdırma aparılır

Tural İbadlı Maraqlı 13 aprel 2020
0
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş İcraçı direktoru Vüqar Səfərlinin fəaliyyəti təftiş olunur. 
"NewsCafe"xəbər verir ki, yeni icraçı direktor Əhməd İsmayılov təhvil-təslim apararkən ciddi çatışmazlıqların, qanun pozuntularının olduğunu aşkarlayıb və bundan sonra araşdırmalara başlanılıb.
Bundan ötrü fondun əməkdaşlıq etdiyi mətbuat orqanları, ayrı-ayrı qurumların siyahısı hazırlanıb.
Fondun əməkdaşları ilə söhbətlər aparılıb, müəyyən informasiyalar əldə edilib.
İlkin nəticələrə görə, V.Səfərli fondda özünə yaxın bir neçə nəfər, eləcə də kənardakı dostlarının qeyri-hökumət təşkilatları və mətbu orqanları ilə əməkdaşlıq edib, əsasən onlara layihə ayırıb. Bu illər ərzində daha çox vəsait ayrılan təşkilatlardan biri də Milli Televiziya və Radio Şurasının keçmiş sədrinə aiddir.
Məlumata görə, araşdırmalar bitəndən sonra yeni sədr “yuxarılara” məruzə edəcək. Bundan sonra V.Səfərli haqqında aparılan araşdırmaların nəticələri barədə mətbuata məlumat veriləcək.
Onu da qeyd edək ki, yeni sədr fondda artıq kadr islahatlarına da başlayıb. Keçmiş sədrə yaxın olan bir neçə nəfərin müqavilələrinə artıq xitam verilib.
V.Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi.
@BakuPost
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930