Apteklərdə maska qıtlığının hökm sürdüyü bir vaxtda rus modellərin başlatdığı yeni trend insanlarda qəzəb yaradıb.
"NewsCafe" xarici mətbuata istinadən xəbər verir ki, "Karantikini" adlanan trendə qoşulan modellər maskaları əyinlərinə geyərək sosial şəbəkədə fotolarını yayırlar.
"Karantin" və "bikini" sözlərinin birləşməsindən yaranan trend izləyicilərin qınaq obyektinə çevrilib. Onlar "Dünya əhalisinin maska qıtlığı yaşadığı bir zamanda bu edilən ən iyrənc zarafatdır", "Bir maskanın belə bir insanın həyatını xilas etdiyi dönəmdə başqa bir şey fikirləşə bilməzdiniz?!" Kimi şərhlər yazaraq modelləri qınayıblar.
Trendə rus model Yuliya Uşakova, Yana Koşçinka və dünyanın müxtəlif ölkələrindən məşhurlar qoşulub.
@YeniSabah