Azərbaycanda daha 97 nəfər koronavirusa yoluxub

Tural İbadlı Səhiyyə | Sosial 10 may 2020
0
Azərbaycan Respublikasında 97 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
"NewsCafe" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, şəkərli diabet, xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 2 519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1 650 nəfər müalicə olunaraq sağalmış, 32 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 193 411 test aparılıb.
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031