Azərbaycanlı karateçi: "Ərimi elə döydüm ki,..."

Tural İbadlı Maraqlı 04 iyun 2020
0
“Dəfələrlə respublika çempionu olmuşam. İdmanı kimisə döymək üçün öyrənməmişəm, özümü müdafiə etmək istəyirdim. Yoldaşımın qardaşları, əmisi dəfələrlə üstümə gəlib. Evin kişisi mən, qadını isə o olub”.
"NewsCafe" xəbər verir ki, ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramının canlı efirinə qatılan Flora adlı karateçi qadın etirafı ilə heyrətləndirib.
Flora dəfələrlə ərinə əl qaldıraraq, onu döydüyünü açıqlayıb:
“Ərimi o qədər döymüşəm ki…(gülür) Üçüncü uşağım dünyasını dəyişəndə bir hadisə baş verdi. Övladım öləndə hava soyuq idi, anama dedim ki, qaynar su ilə ovuşdursaq, bəlkə, ayılar. Onda mənə güldü.
Qəbirə torpaq atanda ağ köynəyi kirləndi. Söylədi ki, yuyarsan bunu? Dedim ki, uşağının burnuna torpağın altında qarışqa daxil oldu, bunu düşünürsən? Həmin iki hadisə ürəyimdə qalmışdı. Onu elə döydüm ki, kimisə köməyə çağırmağa halı qalmamışdı”.
Qeyd edək ki, 2013-cü ildə Cem adlı türk vətəndaşı ilə ailə həyatı quran Flora imam nikahına daxil olub. Cütlüyün uşağı doğulandan sonra xəstəxanada öldüyü bildirilir. Körpəsini dəfn edəndən sonra qadın ərindən ayrılıb.
İki il sonra Flora yenidən ailə həyatı qurub. Onun bu nikahdan bir oğlan övladı dünyaya gəlib. 2019-cu ildə sənəd almaq üçün Şirvan şəhər qeydiyyat şöbəsinə gələn Floraya bildirilib ki, keçmiş həyat yoldaşı Cemin adında uşağının adı var, yəni üç nəfər qeydiyyatdadır.
Şübhələr içində vurnuxan qadın uşağının ölüb-ölmədiyini araşdırmaq üçün “Bizimləsən” proqramına müraciət edib.

@oxu.az
Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930