Operativ Qərargah yeni qadağalarla bağlı əhaliyə müraciət etdi

Daxili xəbərlər | Sosial 04 iyun 2020
0

"Bəzi insanlar həftəsonu qadağaları ikinci dalğa kimi qəbul edir. Bu, qəti belə deyil".

"NewsCafe" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, işlər sadəcə mərhələli şəkildə həyata keçirilir: "Biz yoluxma sayının sürətli artımının qarşısını almaq istəyirik. Bu dəfəki qapanma tam qapanmadır. Ona görə də insanlar lazımi ehtiyaclarını indidən təmin etsinlər. Vətəndaşlar bunu bayram kimi qeyd etməsinlər. Yəni zərurət olmadan bu gün və sabah harasa kütləvi axın etməsinlər. Özəl təşkilatlara da müraciət edirik ki, cümə günü iş saatının azaldılması məsələsinə baxsınlar".

Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930