Əli Həsənovun ailəsinə məxsus şirkətlərin vergi borcu var

İqtisadiyyat | Sosial 17 iyun 2020
0

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus şirkətlərin bir qisminin vergi borcu (ümumilikdə 208 min manat) var.

“NewsCafe” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Şirkətlərin vergi borcları aşağıdakı kimidir:

Şirkətin adı

Şirkətin vergi borcu (manat)

1

“Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC

182 055,86

2

“Araz Teleradio” MMC

17 459,54

3

“Kaspi Global” MMC

8 562,63

4

“Beynəlxalq Mətbuat Mərkəzi” MMC

1 337,40

5

“Golden Prince” MMC

18,69

6

“Kaspi Education” MMC

0,00

7

“Kaspi Co” MTK

0,00

8

“Kaspi Mətbuat Yayımı” MMC

0,00

9

“Kaspi” qəzeti redaksiyası

0,00

10

“Kaspi-AZ” MMC

0,00

11

“Kaspi-EC” MMC

0,00

12

“Mətbuat Evi” MMC

0,00


Cəmi

208 096,72

“Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC istisna olmaqla qalan şirkətlər Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanında dövlət qeydiyyatına alınıb. Onlara əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.

 

 

 

Report

Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930