Elvin Paşayev dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib

Daxili xəbərlər | Sosial 23 iyun 2020
0

Prezident İlham Əliyev iyunun 23-də "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb.

“NewsCafe” xəbər verir ki, prezidentin təltif etdiyi dövlət qulluqçuları arasında Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev də var.

Məlumata görə, Elvin Paşayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, E.Paşayev 16 illik iş təcrübəsi dövründə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb. Bununla yanaşı E.Paşayev Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi çalışıb. Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərinən biridir.

Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının doktorantıdır.

Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930