Azərbaycanda koronavirusa daha 572 yoluxma qeydə alınıb, 8 nəfər vəfat edib

Tural İbadlı Səhiyyə | Sosial 02 iyul 2020
0
Azərbaycanda 572 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 364  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə "NewsCafe"yə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8  nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 18 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib, 8031 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 6976 koronavirus testi aparılıb.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031