Parlamentin binası qarət edilib

Tural İbadlı Oğurluq | Sosial 03 iyul 2020
0
Koronavaris pandemiyası səbəbindən Avropa Parlamentinin binasında olmayan deputatların otaqları qarət edilib.
NewsCafe” xəbər verir ki, bu barədə “Politico”nəşri məlumat yayıb.
Qeyd olunub ki, oğrular azı 50 deputatın notebookunu aparıblar.
Bildirilib ki, deputatlar pandemiya səbəbindən Brüssel şəhərindən kənarda olublar.
İki notebooku oğurlanan almaniyalı millət vəkili Niko Semsrott hadisəni böyük qalmaqal adlandırıb:
“Hadisəni ört-basdır etməyə çalışırlar. Əminik ki, onlar (oğrular – Red) hər şeyimizə baxıblar”.
Avropa Parlamentinin nümayəndəsi bildirib ki, hadisə aprel ayında baş verib. Bundan sonra ərazidə keşik çəkən təhlükəsizlik qüvvələrinin sayı artırılıb.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031