"Kapital Bank" şəhid mayorun 12 min manat borcunu sildi

Tural İbadlı Maraqlı 24 iyul 2020
0
Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun "Kapital Bank"a 12 min manat kredit borcu var idi.
"NewsCafe" xəbər verir ki, "Kapital Bank"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Unikal.org-a açıqlamasında bildirib ki, artıq şəhid mayorun borcu silinib:
"Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun həqiqətən "Kapital Bank"-a kredit borcu olduğu müəyyən olunub və bu borc tam olaraq Kapital Bank tərəfindən silinib. Həmçinin bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş digər hərbçilərin də, nağd pul, avans krediti və "BirKart"-larına borclarının olduğu üzə çıxıb. Saytınız vasitəsilə bildirmək istərdik ki, həmin borclar da "Kapital Bank" tərəfindən tam olaraq silinəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031