Milli Məclisin növbədənkənar iclasının vaxtı müəyyənləşib

Tural İbadlı Parlament xəbərləri | Sosial 31 iyul 2020
0
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclaslarının vaxtı məlum olub.
"NewsCafe"nin xəbərinə görə, parlamentin növbədənkənar sessiyasının növbəti plenar iclasları avqustun 6 və 7-də keçiriləcək.
İclasda aşağıdakı məsələlər ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.
1. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi;
2. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi;
3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi ;
4. “Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi;
5. “İşsizlikdən sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi;
6. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi.
Qeyd edək ki, qanun layihələri parlamentin avqustun 5-i keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirə olunacaq.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031