“Tesla”nın səhmdarı olan azərbaycanlı gənc iş adamı əldə etdiyi gəliri imkansızlara paylayacaq

Tural İbadlı Maliyyə-Biznes 01 avqust 2020
0

Azərbaycanlı gənc “Tesla” şirkətindən əldə etdiyi gəliri xeyriyyə məqsədi ilə xərcləməyə qərar verib.

NewsCafe” xəbər verir ki, bu addımı gənc iş adamı, “Unibank”a məxsus olan “Unicapital” İnvestisiya Şirkətinin Biznes və Biznesin İnkişafı üzrə baş menecerin müavini Tələt Kalayev atıb.

T.Kalayev “Tesla”dan 600 manata yaxın gəlir əldə etdiyini qeyd edib:

“8 iyul tarixində “Tesla” şirkətinin səhmləri ilə qısa mövqe (short position) açdım və səhmlərinin qiymətinin düşməsindən gəlir etməyi planlaşdırırdım. Bu müddət ərzində elə gün oldu ki, bu mövqe üzrə 2100 dollar ziyan görürdüm, amma mövqeni bağlamadım, çünki səhmin qiymətinin düşəcəyinə inanırdım. Keçən həftə niyyət etdim ki, Qurban Bayramına mövqeni bağlayacam və nə qədər gəlir etsəm, vəsaiti qurban kəsib ehtiyacı olanlara paylayacam. Nəhayət dünən axşam həmin səhmlər üzrə mövqeni bağladım və nəticədə 351 ABŞ dolları, yəni 596 AZN gəlir etdim. Söz verdiyim kimi həmin vəsaitlə bugün qurban kəsib, ehtiyacı olanlara paylacayam. Sizdən bircə xahişim, ehtiyacı olan şəxslərin, ailələrin ünvan və ya kontakt məlumatlarını verəsiz.

Allah bütün kəsilən qurbanları qəbul eləsin”.

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31