Valideynlərə məktəblərin yeni şərtlərlə açılacağı ilə bağlı məlumat verilib -

Elm-Təhsil | Sosial 18 avqust 2020


Azərbaycanda məktəblərin sentyabrın 15-də yeni şərtlərlə fəaliyyət göstərəcəyi bildirilir.

“Newscafe” xəbər verir ki, bu barədə valideynlərə məktəblərdən məlumat verilib. Bildirilib ki, yeni tədris ilində dərslər həftədə 3 dəfə keçiriləcək.

Valideynlərin “MediaPost”a verdiyi məlumata görə, dərslər Azərbaycan bölməsi üçün həftənin tək, Rus bölməsi cüt günləri keçiriləcək.

Həmçinin hər dərs günü 3 fənn (rus dili, riyaziyyat və ingilis dili) keçiləcəyi və bir dərsin 25 dəqiqə davam edəcəyi bildirilib.

Digər fənlər üzrə tədrisin isə onlayn qaydada keçiriləcəyi ilə bağlı valideynlərə məlumat verilib.

Valideynlərin sözlərinə görə, dərslər 30 nəfərlik qruplarda ikiyə bölünməklə fərqli günlərdə tədris olunacaq.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə “MediaPost”a açıqlamasında məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Yeni tədris ilinin hansı qaydada təşkil olunması ilə bağlı nazirlik tərəfindən hər hansı bir qərar qəbul edilməyib. Qərar olmadığı üçün də bu barədə məktəblərə məlumat göndərilməyib. Yayılan məlumatların hamısı şayiədir. İnsanları belə məlumatlara etibar etməməyə çağırırıq”.

 



MediaPost

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31