Azərbaycanda daha 146 nəfər koronavirusa yoluxub

Tural İbadlı Səhiyyə 19 avqust 2020
0
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “NewsCafe”yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 34 620 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 363 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, 1 747 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 359, bu günə qədər isə ümumilikdə 849 628 test icra olunub.
Oxşar xəbərlər
Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31