Bakıda jurnalistə hücum olub

Tural İbadlı Qəza 19 avqust 2020
0
Bakıda jurnalist Aynur Elgünəşə hücum olub.
"NewsCafe"nin xəbərinə görə, bu barədə A.Elgünəş özü məlumat verib.
Jurnalistin hadisə ilə bağlı qeydini təqdim edirik:
"Bu gün saat 20 radələrində maşınımı yumaq üçün qoyduğum maşınyuma məntəqəsindən (Azadlıq prospekti ilə Koveroçki küçəsinin kəsişməsində yerləşir) götürərkən onun vurulduğunu gördüm. Məntəqənin sahibi yaxınlaşıb dedi ki, işçisi maşını geriyə verərkən vurub. Biz onunla danışıb razılaşırdıq ki, sabah gəlim, ustaya gedək. Bu vaxt şəkildə gördüyünüz bu qadın yaxınlaşıb maşına baxdı və maşını vuran adama "bu maşın çoxdan vurulub" dedi. Mən belə olmadığını dedim və qadından kim olduğunu soruşdum. Eyni vaxtda oğlan da maşını indi vurduğunu söylədi. Qadın da ona "heç nə eləmə, zəhmət çəkəydi maşını yumağa verəndə etibarnəmə verəydi sənə" söylədi. Yanımda olan dostlarım bunun təxribat olduğu ehtimalını səsləndirdilər və mənə baş qoşmamağı tövsiyə etdilər. Mən də qadına cavab olaraq "işverəndi deyəsən, baş qoşmuram" dedim. Qadın bunu eşitdikdə üstümə cumub "Mən "Respublika QAİ"sinin işçisiyəm, sən bundan sonra maşın sürsən qulağının arxasını görərsən" dedi. Cavabında "mən də jurnalistəm" dedim və onun şəklini çəkdim. Bu zaman arxada dayanan, sinəsinə Heydər Əliyevin imzasını vurmuş həmin kişi üstümə hücum edib telefonu əlimdən almağa çalışdı. Dedi ki, bacısının şəklini çəkə bilmərəm. Qadın isə məni küçə söyüşləri ilə təhqir etdi. Ətrafdakılar araya girib məni maşına mindirdilər. Qadın başını maşına soxub "Mənim ərim polkovnikdir, özüm də QAİ (DYP) işçisiyəm, əgər şəklimi paylaşmasan q... , yox, əgər mən sənin maşınının altına adam atdırıb səni içəri soxdurmasam, onda mən q..." dedi. Qardaşı isə dedi ki, səni bu şəhərdə hərəkət etməyə qoymayacam. Araşdırıb öyrəndim ki, şəkildəki Qələbə Əlillər Cəmiyyətinin sədri, Qarabağ müharibəsi veteranı Mehdi Vedilidir. Qadın isə onun bacısı Surə Vedilidir. Atalarının "Qorqud" nəşriyyatının rəhbəri olduğunu dedilər.
Hadisənin təxriban və ya təsadüf olduğunu bilmirəm. Ancaq özünü DYP əməkdaşı kimi təqdim etdiyindən və ləyaqətimi alçaltdığından DİN-in rəsmi səhifəsinə şikayət yazdım".
Qarşı tərəfi də dinləməyə hazırıq.
Oxşar xəbərlər
Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31