Şagirdi məktəbə göndərib-göndərməməklə bağlı qərarı valideyn verəcək

Tural İbadlı Elm-Təhsil 27 avqust 2020
“Məktəblərin ənənəvi qaydada davam etməsini istəyiriksə, qoyulan qaydalara əməl edilməlidir”.
"NewsCafe" xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Əgər hansısa ailədə kiminsə qızdırması varsa şagirdin məktəbə gəlməməsinin tərəfdarıyıq.
Distant təhsil paralel davam etdirildiyinə görə valideynlərin uşaqların məktəbə göndərib-göndərməmək seçimini tanıyırıq. Bu, seçimin valideynlərə verilməsi qaydası baş verəcək”, - nazir əlavə edib.
Oxşar xəbərlər
Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31